Reklam
Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək

Xiaomi göz yorğunluğunu azaltmaq üçün MIUI 12-ə yeni funksiya əlavə edəcək

Əməliyyat sistemləri
04.07.2020 PAYLAŞIM

        Xiaomi şirkəti bu il ənənələri pozaraq yeni MIUI yenilənməsi olan MIUI 12-ni payız aylarında yayımlamaq əvəzinə daha tez paylaşmağı seçdi. Qeyd edək ki, hal-hazırda MIUI 12 yenilənməsi Mi 10Mi 9 smartfon seriyası üçün Qlobal Stabil versiya olaraq yayımlanıb. Tərtibatçıların MIUI 12 interfeysi üzərində apardığı tərsinə mühəndislik prosesləri hesabına şirkətin yeni bir funksiya üzərində işləyidi aşkarlanıb.

Yeni funksiya ilə Xiaomi şirkəti MIUI 12 istifadə edən istifadəçilərin göz yorğunluğunu maksimum dərəcə azaltmağı planlayır.


        Funksiyanı aşkarlayan mühəndislərin dediklərinə görə yeni funksiya Gecə Rejimindən daha fərqli işləyir. Bu funksiya aktivləşdirildiyi zaman smartfonun interfeysinə kağız rənginə bənzər bir filter əlavə olunur. Həmçinin bundan başqa 3 ədəd seçim də istifadəçilərə veriləcək: Bunlar tam rənglər, açıq rənglərağ/qara seçimi olacaq.    

        Tam rənglər seçimində funksiya kağız rəngli filteri əlavə etdikdən sonra interfeysdəki rənglərdə heç bir dəyişiklik etməyəcək. Açıq rənglər seçimində isə filter əlavə olunandan sonra rənglər biraz daha solğunlaşdırılacaq. Ağ/Qara seçimində isə bütün rənglər sadəcə ağ və qaradan ibarət olacaq. Qeyd edək ki, bu funksiyanın nə vaxt istifadəyə veriləcəyi hələki bilinmir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Windows 11-də yeni təhlükəsizlik funksiyası istifadəyə veriləcək

Windows 11-in test versiyasında konfidensiallığın əlavə təhlükəsizliyini təmin etmək üçün yeni funks..


Microsoft Windows, macOS, iOS və Android üçün Defender-in istehlakçı versiyasını..

Microsoft şirkəti Windows, macOS, iOS və Android əməliyyat sistemləri üçün Defender antivirus tətbiq..


Daha bir dövrün sonu: Microsoft rəsmi şəkildə Internet Explorer-in dəstəyini tam..

İstifadəyə verildiyi vaxtdan demək olar 25 il sonra Microsoft şirkəti Internet Explorer brauzerinin ..


iOS 16-da iPhone-lar üçün gizli funksiya aşkar edilib

iOS 16 əməliyyat sisteminin beta versiyası artıq tərtibatçılar üçün aktivdir.


Microsoft HDD yaddaş dəstəkli yeni kompüterlərin qutudan Windows 11-ə sahib olma..

Trendfocus şirkətinin analitiklərinin verdikləri məlumata əsasən Microsoft şirkəti OEM (Original Equ..


iOS 16 və macOS 13 Ventura əməliyyat sistemləri təqdim olunub

Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2022 konfransı çərçivəsində iOS 16 və macOS 1..

×