
Xiaomi MIUI 15-dən öncə bəzi istifadəçilər üçün MIUI 14-ün son versiyasını istifadəyə verəcək
Əməliyyat sistemləri
24.06.2023
Emil
Bir neçə müddət bundan öncə məlum oldu ki, Xiaomi şirkəti MIUI istifadəçi interfeysinin 14.5 nömrəli aralıq versiyasını hazırlamayacaq və onun əvəzinə bütün resurslarını MIUI 15-in hazırlanmasına yönəldib. İndi isə insayderlər bildiriblər ki, MIUI 15-in istifadəyə verilməsindən öncə şirkət MIUI-nin 14.1 nömrəli versiyasını istifadəyə verəcək. Lakin onu heç də şirkətin bütün smartfonları əldə etməyəcəklər.
Məlumatda qeyd edilib ki, MIUI 14.1-in əsas fərqləndirici özəlliyi ondan ibarət olacaq ki, o, Android 14-ə əsaslanacaq. Lakin istifadəçi interfeysinin bu versiyasını məhdud sayda istifadəşi əldə edəcək. Belə ki, MIUI 14.1 yalnız 5 smartfon modelində istifadəyə veriləcək. Söhbət, Xiaomi 13, Xiaomi 13 Pro, Xiaomi 13 Ultra, Redmi K60 və Redmi K60 Pro smartfonlarından gedir. Məlumata əsasən MIUI 14.1 avqustdan noyabra kimi tədricən istifadəçilərə təqdim ediləcək. Android 14-ə keçid etmək istəyən digər istifadəçilər isə MIUI 15-i gözləməli olacaqlar.
Paylaş
Bənzər xəbərlər