Logo
    main-post-cover

    Xiaomi Mi 10 üçün MIUI 14 istifadəyə verilib

        Xiaomi öz smartfonlarını aktual olan MIUI 14 istifadəçi interfeysi ilə təmin etməyə davam edir. Bu dəfə şirkət öz istifadəçi interfeysini 2020-ci ildə satışa çıxmış flaqman smartfonu üçün istifadəyə verib. Söhbət, Xiaomi Mi 10-dan gedir. Sözügedən smartfon üçün MIUI yenilənməsi V14.0.2.0.TJBCNXM nömrəsi altında təqdim edilib və yenilənmənin həcmi 4 GB-dan çoxdur. Qeyd etmək lazımdır ki, Mi 10 üçün MIUI 14 Android 13 əsasında hazırlanıb. Bu smartfon üçün MIUI 14 yenilənməsi ilk növbədə Çindəki istifadəçilər üçün təqdim edilib. Lakin yaxın zamanda proqram təminatı yenilənməsi Mi 10-nun qlobal bazardakı istifadəçiləri üçün də istifadəyə veriləcək.
    Paylaş
    Bənzər xəbərlər