Xiaomi şirkəti Android One proqramından çıxıb: Səbəb nədir?
Proqram Təminatı
Əməliyyat sistemləri
05.08.2020
Farid Pardashunas
Xiaomi şirkəti bundan sonra təmiz Android əməliyyat sisteminə sahib smartfonlar istehsal etməyəcək. Bu barədə Smartdroid saytı xəbər verib. Məlumata əasən şirkət Android One proqramından çıxıb. Bu isə o deməkdir ki, Xiaomi Mi 4A smartfonunun təqdimatını dəqiq şəkildə gözləmək laızm deyil. Xiaomi şirkətinin nəyə görə belə bir qərar verməsinin səbəbi bilinmir.
Güman olunur ki, məsələ proqram təminatının dətəklənməsindədir. Belə ki, şirkətin təmiz Android ilə çalışan smartfonlarında sistem yenilənməsi ilə bağlı ciddi problemləri olurdu. Belə ki, bu cür smartfonlar üçün sistem yenilənmələri çoxlu sayd buglarla çıxırdılar. Həmçinin sözügedən sistem yenilənmələri ya gecikir ya da çoxlu sayda buglar səbəbilə yenidən təqdim olunurdular.
Qeyd etmək lazımdır ki, Android One proqramı Google şirkətinə məxsusdur. Bu proqram 2014-cü ildə təqdim olunmuşdu. Proqramın əsas məqsədi kənar istehsalçıların təmiz Android-ə sahib smartfonları istehsal edə bilmələridir. Hal hazırda böyük istehsalçılardan yalnız HDM Global şirkəti təmiz Android-ə sahib smartfonlar istehsal edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ