
Xiaomi şirkəti MIUI 15-in xüsusi versiyasını təqdim edəcək
Əməliyyat sistemləri
02.10.2023
Emil
Artıq məlumdur ki, Xiaomi şirkəti MIUI 15 istifadəçi interfeysinin təqdimatına hazırlaşır. Lakin ortaya çıxmış yeni məlumata əsasən şirkət sözügedən istifadəçi interfeysinin xüsusi versiyasını da təqdim etməyi planlaşdırır. Məlumata əsasən MIUI 15-in xüsusi versiyası MIUI 15 Special Edition adını əldə edəcək və o, Xiaomi 13 Ultra ilə Redmi K60 Ultra smartfonları üçün nəzərdə tutulacaq. MIUI 15 Special Edition-un adi MIUI 15-dən nə ilə fərqlənəcəyi bilinmir. Həm MIUI 15 həm də MIUI 15 Special Edition Android 14 əsasında çalışacaq. Qeyd etmək lazımdır ki, MIUI 15-in özü Xiaomi 14 smartfon seriyası ilə birlikdə təqdim olunacaq. Xiaomi 14 smartfon seriyasının isə 11 noyabrdan öncə təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər