
Xiaomi şirkəti öz əməliyyat sistemini işə salmağa hazırlaşır
Əməliyyat sistemləri
23.08.2023
Emil
Xiaomi şirkəti mios.cn adlı domeni qeydiyyatdan keçirib. Güman olunur ki, sözügedən domen şirkətin fərdi əməliyyat sistemi üçün nəzərdə tutulub. Digital Chat Station ləqəbli məşhur insayder isə bu mövzu ilə bağlı məlumatları artıq təqdim edib. Məlumatda qeyd edilib ki, MiOS sıfırdan hazırlanmış əməliyyat sistemi olacaq və o, Android ilə uyğunlaşa biləcək. İnsayder xüsusi olaraq qeyd edib ki, MiOS bu il ərzində təqdimatı gözlənilən MIUI 15 istifadəçi interfeysi deyil. Bəzi insayderlərin fikirlərinə əsasən MiOS Xiaomi üçün HarmonyOS-in Huawei üçün oynadığı rolu oynayacaq. Əməliyyat sistemini əhatə erdəcək domenin yalnız Çin üçün qeydiyyatdan keçirilməsi onun daxili bazara istiqamətlənəcəyinə də işarə edir.
Paylaş
Bənzər xəbərlər