
Xiaomi smartfonlarına Telegram-ın quraşdırılması qeyri-mümkün olub
Əməliyyat sistemləri
14.08.2023
Emil
MIUI interfeysli Xiaomi smartfonlarının istifadəçiləri öz cihazlarına Telegram messencerini quraşdıra bilmirlər. Bu problem hal hazırda yalnız Çində yaşanır. Keçən il Xiaomi şirkəti MIUI istifadəçi interfeysinin tərkibində yeni funksiyanı təqdim etmişdi. Təqdim edilmiş funksiya sistemdə zərərli proqram təminatlarının tapılmasına hədəflənmişdi. Sözügedən funksiya bir sıra sadə proqram təminatını bloklayandan sonra şirkət bu mövzuda tənqidlərlə qarşılaşdı.
İndi isə məlum olub ki, MIUI tərkibində olan bu funksiya Telegram-ı təhlükəli tətbiq kimi hesab edir. Messenceri smartfona quraşdırmaq istəyən zaman funksiya messencerin Xiaomi təhlükəsizlik sistemindən keçmədiyi və onun dələduzluq tətbiqi olduğu bildirişini təqdim edir. Bu problemi hal hazırda Çindəki istifadəçilər yaşasalar da, Çindən birbaşa smartfon sifarişi edən istifadəçilərdə də eyni problem mövcud olacaq. Çox güman ki, MIUI-nin qlobal versiyasında eyni problem yaşanmayacaq.
Paylaş
Bənzər xəbərlər