Logo
    main-post-cover

    Yaxın zamanda Xiaomi-nin 18 smartfonu MIUI 14-ün qlobal versiyasını əldə edəcək

    Xiaomi şirkəti MWC 2023 sərgisi çərçivəsində MIUI 14 istifadəçi interfeysinin qlobal versiyası barəsində də məlumat verib. Qeyd etmək lazımdır ki, son 1 ay ərzində Xiaomi-nin müxtəlif smartfonlarının istifadəçiləri sözügedən yeni istifadəçi interfeysini əldə edirlər. Lakin şirkətin MIUI 14-ün qlobal versiyası ilə bağlı olan rəsmi siyahısı indi təqdim edilib. Qeyd etmək lazımdır ki, MIUI 14 Xiaomi-nin smartfon modellərindən asılı olaraq ya Android 12 ya da Android 13 əsasında təqdim edilir. Bu ilin birinci rübü ərzində şirkət MIUI 14-ün qlobal versiyasını 18 ədəd smartfon üçün istifadəyə verəcək. Onların siyahısı aşağıdakı kimidir:
    - Xiaomi 12T
    - Xiaomi 12T Pro
    - Xiaomi 12
    - Xiaomi 12 Pro
    - Xiaomi 12X
    - Xiaomi 12 Lite
    - Xiaomi 11T
    - Xiaomi 11T Pro
    - Xiaomi Mi 11
    - Xiaomi Mi 11 Ultra.
    Paylaş
    Bənzər xəbərlər