main-post-cover

    Yeni Huawei smartfonlarına HarmonyOS əməliyyat sistemi öncədən quraşdırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    29.04.2021
    Emil Nəcəfov
        Digital Chat Station ləqəbli məşhur çinli insayder Huawei şirkətinin HarmonyOS əməliyyat sistemi barəsində yeni məlumatlar verib. Məlumatda qeyd edilib ki, Huawei mövcud olan smartfonlarını HarmonyOS-ə keçirtməkdən əlavə olaraq yaxın zamanda təqdim olunacaq yeni məhsullarında öncədən bu əməliyyat sistemini quraşdıracaq. Yəni başqa sözlə desək, Huawei şirkətinin yeni cihazları artıq HarmonyOS-ə sahib şəkildə satışa çıxacaqlar. İnsayder bildirib ki, bu cür addım artıq şirkətin növbəti yeni smartfon modelini əhatə edəcək. Lakin söhbətin hansı smartfondan getdiyi barəsində məlumat verilməyib.
        Qeyd etmək lazımdır ki, yaxın zamanda Huawei P50 smartfon seriyasının təqdimatı gözlənilir. Heç istisna deyil ki, bu seriyaya daxil olacaq smartfonlarda öncədən HarmonyOS əməliyyat sistemi mövcud olacaq. Bundan əlavə olaraq şirkət flaqman planşet modelini də sertifikatlaşdırıb və gözləntilərə əsasən o da HarmonyOS vasitəsilə çalışacaq. Məlumatda qeyd edilib ki, Huawei-dən ayrılaraq müstəqil şirkətə çevrilmiş Honor brendi öz smartfonlarında Android 11-dən istifadə etməyə davam edəcək. Onun məhsullarının gələcəkdə HarmonyOS-ə keçid edib-etməyəcəkləri bilinmir.
    Linki kopyala