2 pizza üçün 10 000 bitcoinin ödənildiyi gündən 15 il ötür
2010-cu il mayın 22-də kriptomayner Laszlo Hanyecz bitcoin ilə qeydə alınmış ilk kommersiya əməliyyatını həyata keçirdi. O, iki Papa John's pizzasına görə 10 000 BTC ödədi. Bu pizzaların o dövrdəki ümumi dəyəri təxminən 40$ idi. Bu hadisə kriptovalyutaya münasibətdə dönüş nöqtəsi oldu. İndi 10 000 BTC ilə 70 milyondan çox pizza almaq olar. Hazırkı bitcoin məzənnəsi 111 800$ olduğu üçün bu miqdar 1.1 milyard dollardan çox edir. Hanyecz bu əməliyyatı peşmanlıqla xatırlamır. O, 2019-cu ildə bildirib ki, bu tranzaksiya bitcoin-i onun üçün real etdi. 2010-cu ildə bitcoinin qiyməti bir sentdən də aşağı idi və çox az adam onun gələcəkdə trilyonluq bir aktivə çevriləcəyini proqnozlaşdırırdı. Bununla belə, həmin əməliyyat kripto bazarı üçün mədəniyyət baxımından bir mərhələ sayılır. İnternet pullarının real valyuta kimi işləyə biləcəyini sübut edən an. Bu gün artıq bitcoinlə yalnız pizza deyil, həm də daşınmaz əmlak, avtomobil, hətta bəzi ölkələrdə vergi ödənişləri də həyata keçirilir.