Amazon Alexa saxta mesaj və zəngləri süni intellektlə yoxlayır
Təhlükəsizlik
02.09.2026
“Amazon” öz adından göndərilən saxta mesaj və zəngləri müəyyənləşdirmək üçün “Alexa for Shopping” köməkçisinə yeni funksiya əlavə edib. İstifadəçilər aldıqları elektron məktubun, SMS mesajının və ya telefon zənginin həqiqətən “Amazon” şirkətindən gəlib gəlmədiyini süni intellekt vasitəsilə yoxlaya biləcəklər. Yenilik əsasən şirkətin adından istifadə edən dələduzluq cəhdlərinə qarşı mübarizə üçün nəzərdə tutulub.
Yoxlama zamanı “Alexa for Shopping” daxil olan məlumatı “Amazon” şirkətinin indiyədək göndərdiyi bütün mesajların qeydləri ilə müqayisə edir. Süni intellekt eyni zamanda mesajın məzmununu, tərtibatını və göndərənin məlumatlarını təhlil edir. Köməkçi yalnız mesajın həqiqiliyinə tam əmin olduqda bunun şirkətdən gəldiyini təsdiqləyir.
Şirkətin paylaşdığı nümunədə istifadəçi 98626 nömrəsindən təxminən saat 16.50 radələrində gələn birdəfəlik parol mesajını soruşur. “Alexa for Shopping” həmin mesajın həqiqi olduğunu və parolu “Amazon” şirkətinin göndərdiyini bildirir. Köməkçi mesajı saxta sayarsa, istifadəçiyə sifarişlərini tətbiqdən yoxlamağı və dəstək xidməti ilə birbaşa əlaqə saxlamağı məsləhət görür.
“Amazon” bu ilin əvvəlində şübhəli mesajların həqiqiliyini yoxlamaq üçün başqa bir üsul da istifadəyə verib. İstifadəçilər belə mesajları “[email protected]” ünvanına yönləndirərək nəticəni öyrənə bilirlər. “Alexa for Shopping” üçün əlavə olunan “Update Me When” funksiyası isə yeni məhsulların satışa çıxmasını izləməyə və vaxtında məlumat almağa imkan verir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...