Logo
    main-post-cover

    Android istifadəçilərinin kibertəhlükəsizliyini təhdid edən 2 yeni virus aşkar edilib!

    Təhlükəsizlik
    17.12.2024
    Farid

         Təhlükəsizlik tədqiqatçıları, Rusiyanın Gamaredon adlı kiber casusluq qrupunun Android istifadəçilərini hədəf alan iki yeni casus proqram aşkar edib. BoneSpy və PlainGnome adlanan bu proqramlar, istifadəçi məlumatlarını oğurlamaq və onları izləmək üçün hazırlanıb.

         Lookout-un hesabatına görə, BoneSpy xüsusilə SMS mesajlarını toplamaq, telefon zənglərini yazmaq, GPS məlumatlarını izləmək kimi xüsusiyyətlərə malikdir. Bundan əlavə, cihazdakı brauzer tarixi, axtarış məlumatları, e-poçt ünvanları və ekran görüntüləri kimi həssas məlumatlar da bu casus proqramı tərəfindən ələ keçirilir. BoneSpy adətən saxta tətbiqlər vasitəsilə istifadəçilərin cihazlarına yoluxur. Bu tətbiqlər arasında aşağıdakılar yer alır:
    • Batareya doldurma monitorinq tətbiqləri;
    • Fotoqalereya tətbiqləri;
    • Saxta Samsung Knox tətbiqləri;
    • “Beta” versiyası adı altında troyan yüklü Telegram tətbiqləri.
         PlainGnome isə Gamaredon tərəfindən sıfırdan hazırlanmış bir casus proqramdır. Bu proqram, BoneSpy-a bənzər xüsusiyyətlərə malik olsa da, ikimərhələli quraşdırma prosesi istifadə edir. İlk mərhələdə yükləyici cihazda zərərli yükləməni yerləşdirir. Daha sonra isə məlumatların oğurlanması əməliyyatlarını yerinə yetirən payload işə düşür.
         Hesabatda qeyd edilir ki, bu zərərli proqramlar Google Play üzərindən yayılmır. Ancaq istifadəçilərin bu casus proqramı ehtiva edən tətbiqləri əsasən üçüncü tərəf veb-saytlardan yüklədiyi güman edilir. Bu baxımdan, dəfələrlə vurğulandığı kimi, mütəxəssislər Android istifadəçilərinə naməlum mənbələrdən tətbiq yükləməmələrini və .apk faylları quraşdırmamalarını tövsiyə edirlər. Cihazınızın təhlükəsizliyini təmin etmək üçün yalnız rəsmi mağazalardan tətbiqləri yükləməyə diqqət yetirin.
    Paylaş
    Bənzər xəbərlər
    avstraliyadaki-bir-laboratoriyadan-323-flakon-olumcul-virus-yoxa-cixib
    Digər

    Avstraliyadakı bir laboratoriyadan 323 flakon ölümcül virus yoxa çıxıb!

    Avstraliyada yerləşən bir laboratoriyada son dərəcə ciddi biotəhlükəsizlik qalmaqalı baş verib. Laboratoriyada ölümcül virus nümunələri olan 323 flakonun itkin düşdüyü ortaya çıxıb.
    hakerler-word-senedleri-vasitesile-istifadeci-melumatlarini-ogurlamaga-baslayiblar
    Təhlükəsizlik

    Hakerlər Word sənədləri vasitəsilə istifadəçi məlumatlarını oğurlamağa başlayıblar

    Any.Run adlı şirkətin kibertəhlükəsizlik üzrə mütəxəssisləri yeni fişinq (phishing) hücum üsulunun ortaya çıxdığı barəsində məlumat veriblər.
    chatgpt-den-istifade-eden-kibercinayetkarin-ve-deleduzlarin-sayi-artib
    Təhlükəsizlik

    ChatGPT-dən istifadə edən kibercinayətkarın və dələduzların sayı artıb

    Günümüzdə ChatGPT ən güclü süni zəka alətlərindən biri hesab edilir. Bu süni zəka əsaslı çat-bot insanın gündəlik fəaliyyətində müxtəlif sahələrlə bağlı fayda verə bilir.
    la-casa-de-papel-reala-cevrildi-bir-olkenin-merkezi-banki-hakerler-terefinden-qaret-edildi
    Təhlükəsizlik

    La Casa de Papel reala çevrildi: Bir ölkənin Mərkəzi Bankı hakerlər tərəfindən qarət edildi!

    Uganda Mərkəzi Bankına kiber hücum təşkil edən hakerlər 16.8 milyon dollarlıq oğurluq həyata keçiriblər. Uganda polisi hadisənin araşdırılması üçün istintaq başladıb.
    simali-koreyali-hakerler-saxta-sexsiyyet-vesiqelerinden-istifade-ederek-milyardlarla-kriptovalyuta-ogurlayiblar
    Təhlükəsizlik

    Şimali Koreyalı hakerlər saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək milyardlarla kriptovalyuta oğurlayıblar!

    Şimali Koreyalı hakerlər saxta şəxsiyyət vəsiqələrilə iri şirkətlərə sızaraq milyardlarla dollarlıq kriptovalyuta oğurlayıb və beynəlxalq təhlükəsizliyi təhdid ediblər.