
Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar edilib
Təhlükəsizlik
19.01.2024
Emil
Trail of Bits şirkətinin mütəxəssisləri Apple və digər brendlərin qrafik çiplərində ciddi boşluq aşkar ediblər. Aşkar edilmiş boşluq müxtəlif brendlərin cihazlarındakı istifadəçi məlumatlarını bir neçə sətr kod vasitəsilə əldə etməyə yardımçı olur. LeftoverLocals adlı boşluq VRAM ilə əlaqəlidir. VRAM-da isə müxtəlif süni zəka əməliyyatları ilə bağlı məlumatlar saxlanılır. Bu boşluq vasitəsilə hakerlər qrafik çipdən istifadəçinin özəl məlumatlarını əldə edə bilərlər.
Buna misal olaraq istifadəçinin ChatGPT ilə olmuş söhbət tarixçəsini gətirmək olar. Apple bildirib ki, o bu problemdən xəbərdardır və o, M3 və A17 Bionic prosessorları vasitəsilə çalışan cihazlar üçün sistem yenilənməsini təqdim edib. Lakin daha əvvəlki iPhone, iPad və MacBook Air (M2) modelləri hələ də bu boşluğun təhlükəsi altındadırlar. Mütəxəssislər bildiriblər ki, boşluq həmçinin AMD, Qualcomm və Imagination qrafik çipləri ilə çalışan cihazlarda da aktualdır. Bütün bu şirkətlər mövcud problemi aradan qaldıracaq sistem yenilənməsini yaxın zamanda təqdim etməlidirlər.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
