Azərbaycan dilli Telegram kanalları vasitəsilə zərərli Whatsapp təkmilləşdirməsi yayılır
Təhlükəsizlik
03.11.2023
Emil
Kaspersky şirkətinin mütəxəssisləri internetdə Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirməni aşkar ediblər. Aşkar edilmiş təkmilləşdirmə isə özündə daha öncə bilinməyən zərərli proqram təminatını birləşdirir. Maraqlısı ondadır ki, Whatsapp üçün nəzərdə tutulmuş sözügedən zərərli təkmilləşdirmə istifadəçilər arasında Telegram vasitəsilə yayılır. CanesSpy adını əldə etmiş zərərli proqram təminatı yoluxduğu cihazdan məlumatları oğurlamaq bacarığına sahibdir. Bura həmçinin istifadəçinin kontaktlar siyahısı, müxtəlif hesabları barəsində məlumatları, sənədləri və s. daxildirlər.
Bununla yanaşı uzaqdan idarəetmə sayəsində CanesSpy cihazda mikrofonu aktivləşdirərək danışıqları yaza bilir. Zərərli proqram təminatı smartfonun işə salınması və ya şarj prosesi zamanı aktivləşir. Məlumatda qeyd edilib ki, zərərli proqram təminatı əsasən Whatsapp üçün nəzərdə tutulmuş təkmilləşdirmə tərkibində Telegram kanalları vasitəsilə istifadəçilər arasında yayılır. Bu cür kanalların əksəriyyəti isə ya ərəb ya da azərbaycan dilində olurlar.
Məlumatda qeyd edilib ki, 5 oktyabrdan 31 oktyabra kimi Kaspersky-nin təhlükəsizlik həlləri bu virusun dünyanın 100-dən çox ölkəsində 340 000 hücumunun qarşısını alıblar. Hücumların əksəriyyəti Azərbaycanda, Səudiyyə Ərəbistanında, Yəməndə, Türkiyədə və Misirdə müşahidə edilib. Kaspersky mütəxəssisləri Telegram-ı zərərli proqram təminatına sahib kanallar barəsində artıq məlumatlandırıblar. Lakin məsələnin digər problemi ondan ibarətdir ki, sözügedən virus həmçinin müxtəlif saytlar vasitəsilə də yayılır. Kaspersky bir daha qeyd edib ki, tətbiqləri rəsmi mağazalardan yükləmək məqsədəuyğundur.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
Telegram-da növbəti böyük yenilənmə istifadəyə verilib
Telegram tərtibatçıları Telegram 10.2 yenilənməsinin istifadəyə verildiyini elan ediblər. Sözügedən yenilənmə özündə bir sıra yeni funksiyaları birləşdirir.
Sosial Media
Bugündən Whatsapp-ın milyonlarla smartfonda dəstəyi dayandırılır
Bugündən başlayaraq Whatsapp çoxlu sayda smartfonda fəaliyyətini dayandırır.
Sosial Media
Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib
Whatsapp tərtibatçıları messenceri yeniləyərək ona çoxdan gözlənilən funksiyanı əlavə ediblər.
Sosial Media
Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə veriləcək
Whatsapp-da mesajların oxunmasından sonra onların avtomatik olaraq silinmələri funksiyası artıq mövcuddur.
Ən çox oxunanlar