
Dərhal Google Chrome-un ən son yeniləməsini quraşdırmalısınız!
Təhlükəsizlik
22.05.2024
Aslan
Google, Chrome-un təhlükəsizlik problemilə bağlı istifadəçilərə xəbərdarlıq edib. Chrome 125 versiyası ilə kritik səhvləri düzəldən şirkət, istifadəçilərə Chrome-un yeni versiyasını quraşdırmağı məsləhət görüb.
Google Chrome-da hakerlər tərəfindən istifadə edilən 9 ədəd boşluq aşkar edilib. Bildirilib ki, “V8 mühərrikində Tip Qarışıqlığı” adlı boşluq, ixtiyari kodların icrasına imkan verir. Lakin Chrome 125 versiyası ilə bu problem aradan qaldırılıb. Google, təkcə may ayında 3 ədəd zero-day boşluğu aşkar edib. Əvvəllər CVE-2024-4671 və CVE-2024-4761 kimi izlənilən xətaları düzəldən şirkət, indi CVE-2024-4947 problemini həll edib. ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bu kontekstdə istifadəçilərə Chrome 125-i quraşdırmağı tövsiyə edir.

ABŞ-ın dövlət qurumlarına Chrome yeniləməsini tətbiq etmək üçün iyunun 10-dək vaxt verilib. Bununla belə, mütəxəssislər istifadəçilərə tez hərəkət etməyi tövsiyə edir. Siz Chrome menyusundan yeniləməni yoxlaya və ya yeniləmənin avtomatik quraşdırılmasını gözləyə bilərsiniz.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
