Logo
    main-post-cover

    Google keçən il Play Marketdə 2.28 milyon zərərli proqram təminatını bloklayıb

    Təhlükəsizlik
    01.05.2024
    Farid
         Google bildirib ki, o, 2023-cü ildə özünün Play Market platformasına 2.28 milyon ədəd Android tətbiqin yerləşdirilmə cəhdini bloklayıb. Məlumata əsasən həmin tətbiqlər istifadəçilərin təhlükəsizliklərinin təmin olunmasına istiqamətlənmiş qaydaların pozulması səbəbilə bloklanıblar. Google qeyd edib ki, o hətta Google Play-də tərtibatçılar üçün təhlükəsizlik yoxlanışı prosesini də sərtləşdirib. Platformada tərtibatçıların qeydiyyatdan keçmə və onların şəxsiyyətlərinin yoxlanılması prosesləri olduqca sərt hala gəliblər. Google həmçinin yeni tərtibatçılar üçün tətbiqlərin təhlükəsizliklərinin yoxlanışı prosesini və zərərli proqram təminatlarının bloklanmasına hədəflənmiş tətbiq skanı funksiyasını inteqrasiya edib.
         Məlumata əsasən şirkət tərtibatçılara aid 333 000 ədəd Google Play hesabını bloklayıb. Belə ki, bloklanmış Google Play hesablarına sahib olmuş tərtibatçılar platformaya zərərli proqram təminatlarını, dələduzluq məqsədli tətbiqləri yükləmiş və ya dəfələrlə Google Play-in siyasətini pozublarmış. Öz smartfonlarına Google Play-dən deyil, kənar resurslardan tətbiqlər yükləyən istifadəçilərin əlavə təhlükəsizliklərinin təmin olunması yolunda şirkət Android-ə süni zəkanın istifadəsi ilə real zaman ərzində proqram təminatının skan sistemini əlavə etdi. Onun sayəsində isə şirkət Google Play-dən kənarda 5 milyon ədəd zərərli proqram təminatını aşkar edə bildi.
    Paylaş