Logo
    Hesabat: İran ABŞ-yə qarşı döyüşlərdə Starlink internetindən yararlanıb

    Hesabat: İran ABŞ-yə qarşı döyüşlərdə Starlink internetindən yararlanıb

        İranın müharibənin ilk günlərində ABŞ-yə qarşı hərbi əməliyyatlarda “Starlink” peyk internetindən istifadə etdiyi bildirilir. ABŞ-nin müdafiə naziri Pete Hegsethə verildiyi deyilən məxfi hesabatda İranın niyə başqa rabitə yoluna üz tutduğu da açıqlanır. Sənədə görə, ABŞ İranın ənənəvi rabitə sistemlərini hədəfə aldıqdan sonra İran “Starlink”dən istifadə etməyə başlayıb.
        Hesabata görə, İran hücum dronlarını idarə etmək üçün də “Starlink”dən istifadə edib. Martın 1-də İranın Küveytin Şuayba limanındakı hərbi obyektə dron hücumu nəticəsində 6 ABŞ hərbçisi həlak olub. Həmin hücumda peyk internetindən istifadə olunub-olunmadığı açıqlanmayıb.
        Pentaqonun sözçüsü qurumun belə bir hesabatdan xəbərsiz olduğunu deyib. Məlumata görə, “SpaceX”in baş direktoru Elon Musk İran ordusunun “Starlink”dən istifadə etdiyini martda öyrənib. Xidmətin hərbi əməliyyatlarda işlədilməsi onu ciddi narazı salıb.
        Elon Musk ABŞ ordusunun da öz dron əməliyyatlarında “Starshield” xidmətinin daha ucuz versiyasından istifadə etdiyini öyrənəndə narazı qalıb. “Starshield” peyk interneti xidmətinin hərbi məqsədlər üçün hazırlanmış variantıdır. Bundan az sonra “SpaceX” “Starlink” satışlarına əlavə məhdudiyyətlər qoyub və vasitəçilər üzərindən satış proqramını dayandırıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...