Logo
    main-post-cover

    Telegram dələduzluq və şantajla məşğul olmuş yüzlərlə kanalı bloklayıb

         Telegram-ın qurucusu Pavel Durov, messencer komandasının həyata keçirdiyi genişmiqyaslı aksiya çərçivəsində şəxsi məlumatların dərc edilməsi və şantajla məşğul olan çox sayda kanalın bloklandığını bildirib. Durov-un sözlərinə görə, o, iyul ayında şəxsi məlumatları və ya məxfi bilgiləri açıqlamaqla hədələyərək pul tələb edən fırıldaqçı kanalların ortaya çıxmasından bəhs etdikdən və bu kimi halları bildirməyi xahiş etdikdən sonra Telegram istifadəçiləri fırıldaqçılıq və şantaj barədə yüzlərlə məlumat göndəriblər. “Bu məlumatlar əsasında bu həftə şəxsi məlumatların dərc edilməsi və şantaj səbəbilə çox sayda kanalı bloklayırıq” - deyə Durov bildirib.
         O vurğulayıb ki, bloklama kanal administratorlarının böhtan xarakterli paylaşımlar dərc edib, daha sonra isə bunları qurbanlardan pul aldıqdan sonra sildiklərinə dair danılmaz sübutlar əsasında aparılır. Bəzi kanal sahibləri isə istifadəçilərdən təqibdən yayınmaq üçün pul tələb olunan, “qoruma bloklamaları” adlandırılan əməliyyatlarda yaxalanıblar. “Telegram qanunsuz fəaliyyət göstərmək üçün bir yer deyil. Qanunu pozan kanallar aparanlara məsləhətim: klonlar yaratmağa vaxt itirməyin - biz sizi tapacağıq” - deyə Durov xəbərdarlıq edib.
    Paylaş