Logo
    Ukrayna dronları Rusiyanın vergi bazasını saxlayan məlumat mərkəzini vurdu

    Ukrayna dronları Rusiyanın vergi bazasını saxlayan məlumat mərkəzini vurdu

        Ukrayna dronlarının hücumu Rusiyanın Gorodets şəhəri yaxınlığındakı hökumət məlumat mərkəzinə ziyan vurub. Obyekt Kremldən təxminən 370 kilometr şərqdə, cəbhə xəttindən 970 kilometrdən çox uzaqda yerləşir. Rusiya Maliyyə Nazirliyinin idarə etdiyi mərkəzdə bir neçə dövlət reyestrinin saxlandığı deyilir. Federal Vergi Xidmətinin vergi bazası da bunların arasındadır.
        Zərər görən obyekt Federal Vergi Xidmətinin fərqli bölgələrdə işləyən 2 əsas məlumat emalı mərkəzindən biridir. Bu sistem məlumatları və xidmətləri bir neçə mərkəz arasında bölür. Ona görə Gorodetsdə yaranan nasazlıq Rusiyanın dövlət informasiya sistemlərinin işinə təsir edə bilər.
        Rusiya Maliyyə Nazirliyinin daha 2 məlumat mərkəzini idarə etdiyi deyilir. Onlardan biri Moskva vilayətinin Dubna şəhərindəki Federal Məlumat Emalı Mərkəzindədir. Digəri Volqoqrad vilayətinin Yerzovka qəsəbəsində yerləşir. Gorodetsdəki obyekt uzun müddət işləməsə, ümumi infrastrukturun 1/3 hissəsi və dövlət xidmətlərinin sabitliyi ciddi zərər görə bilər.
        Ukrayna oktyabrın əvvəlindən Rusiyadakı məlumat mərkəzlərini bir neçə dəfə hədəfə alıb. Hücumlar Moskvanın Ukraynadakı məlumat mərkəzlərinə zərbələri artırmasından sonra başlayıb. Son dron hücumlarından sonra “Yandex” botlarının internet trafiki kəskin azalıb. Dezinformasiya yayan bot şəbəkəsi işini zərər görməyən mərkəzlərə köçürərək davam etdirib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...