Logo
    main-post-cover

    1 ildən çox dənizin dibində qalan Apple Watch, yenidən işlək vəziyyətdə tapılıb!

    Cihazlar+
    16.07.2024
    Aslan

         Bir istifadəçinin Karib dənizində suya dalarkən itən “Apple Watch” smart saatı, nağıllarda olduğu kimi sanki ayaq açaraq sahibinə geri qayıtmağı bacarıb. 

         YouTube-da paylaşılan hadisəyə görə, 2022-ci ilin iyun ayında Karib dənizinə tətilə gedən bir istifadəçi, suya dalarkən Apple Watch-unun itdiyini görüb. Hadisəni uzun müddət ört-basdır edən istifadəçi, keçən ilin yayında "Find My" proqramında cihazını itmiş kimi qeyd etmək qərarına gəlib.
         Dekabr ayında ona Karib dənizi regionundan anonim zəng gəlir və ona ağıllı saatın tapıldığı bildirilir. Daha sonra Apple Watch modeli çatdırılma yolu ilə istifadəçiyə göndərilir. İstifadəçini ən çox təəccübləndirən isə 1 ildən çox duzlu suda qalan saatın hələ də işlək olmasıdır. Apple Watch, 50 metrə qədər suya davamlıdır, lakin duzlu su zamanla saat hissələrini zədələyə bilər. Bu halda Apple Watch da özünü duzun zədələnməsindən qoruya bilib.
    Paylaş