main-post-cover

    11-ci nəsil adi iPad planşetini bu il gözləmək lazım deyil

    Cihazlar+
    17.10.2024
    Emil Nəcəfov
         Apple 15 oktyabr tarixində heç gözlənilmədən 7-ci nəsil iPad mini planşetini təqdim etdi. İndi isə bir çoxları 11-ci nəsil adi iPad planşetinin təqdimatını gözləyirlər. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, iPad 11 bu ilin sonuna kimi təqdim oluna bilər. Lakin Macrumors saytının vermiş olduğu yeni məlumata əsasən bu il ərzində iPad 11-i gözləmək lazım deyil.
         Bu fikrin arqumenti qismində məhz iPad mini 7-nin təqdimatı gətirilib. Belə ki, məlumatda qeyd edilib ki, əgər Apple şirkətinin bu il üçün iPad 11 təqdimatı planı olsaydı, şirkət onu iPad mini 7 ilə birlikdə təqdim edərdi. Lakin nəticədə bu, baş vermədi. Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, iPad 11 artıq gələn il təqdim olunacaq. Onun növbəti iPhone SE ilə birlikdə təqdim olunacağı da istisna deyil. Növbəti iPhone SE-nin isə gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple eynəklərsiz 3D kontenti əks etdirə biləcək proyektoru patentləşdirib
    apple-eyneklersiz-3d-kontenti-eks-etdire-bilecek-proyektoru-patentlesdirib
    Son Galaxy S smartfonları ilə müqayisədə son iPhone smartfonları öz dəyərlərini daha tez itirməyə başlayıblar
    son-galaxy-s-smartfonlari-ile-muqayisede-son-iphone-smartfonlari-oz-deyerlerini-daha-tez-itirmeye-baslayiblar
    iPad mini 7 planşeti təqdim edilib - QİYMƏTİ
    ipad-mini-7-planseti-teqdim-edilib-qiymeti
    Apple smart eynəyi və kameralara sahib AirPods-u satışa çıxartmağı planlaşdırır
    apple-smart-eyneyi-ve-kameralara-sahib-airpods-u-satisa-cixartmagi-planlasdirir
    Apple smart ev sahəsi ilə bağlı böyük planlara sahibdir
    apple-smart-ev-sahesi-ile-bagli-boyuk-planlara-sahibdir