Logo
    main-post-cover

    7000 mAh batareyaya sahib orta büdcəli OPPO K13 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    22.04.2025
    Emil
         OPPO şirkəti özünün OPPO K smartfon seriyasının yeni modelini təqdim edib. Yeni model OPPO K13 5G adlanır. Bu yeni orta büdcəli smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6000 mAh-dan daha böyük həcmli batareyanı əldə edib. Beləliklə OPPO K13 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Smartfonun gövdəsi IP65 standartı üzrə tozdan və su damcılarından qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6 Gen 4 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda OPPO K13 5G özündə 50 MP + 2 MP ikili arxa kameranı və 16 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 80 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət bildirib ki, smartfon 100% enerjini 1 saata yığır. OPPO K13 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 211$-dan start götürür. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Mənbə: GSMarena
    Paylaş