Logo
    main-post-cover

    ABŞ startapı dron istehsalını konteynerə yerləşdirdi

    Cihazlar+
    29.04.2026
    Sevinj
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-də fəaliyyət göstərən müdafiə texnologiyaları startapı Firestorm Labs yeni nəsil yanaşma ilə diqqət çəkir. Şirkət müharibə şəraitində dron istehsalını birbaşa cəbhəyə yaxın ərazilərə daşımaq üçün konteyner daxilində yerləşən mobil “mini zavodlar” hazırlayıb.
        Startap bu istiqamətdə inkişafını sürətləndirmək üçün Series B investisiya mərhələsində 82 milyon dollar vəsait cəlb edib. İnvestisiyaya Lockheed Martin, In-Q-Tel və digər böyük oyunçular da qoşulub. Bununla da Firestorm Labs-ın ümumi investisiya həcmi 153 milyon dollara çatıb. Şirkətin əsas məhsulu “xCell” adlanır. Bu sistem adi yük konteyneri ölçüsündədir və daxilində sənaye səviyyəli 3D printer yerləşir. xCell vasitəsilə müxtəlif tipli dronların əsas hissələri 24 saatdan az müddətdə istehsal edilə bilir. Daha sonra isə bu dronlar missiyaya uyğun şəkildə konfiqurasiya olunur.
        Şirkət həmçinin HP ilə əməkdaşlıq edir və mobil istehsal sistemlərində HP-nin sənaye 3D çap texnologiyalarından istifadə üçün eksklüziv hüquqa malikdir.
     
    Paylaş