
Acer Nitro Blaze 7 adlı yeni portativ oyun konsolu təqdim edilib
Cihazlar+
05.09.2024
Emil
Acer şirkəti Berlində start götürmüş IFA 2024 texnologiya sərgisi çərçivəsində Nitro Blaze 7 adlı portativ oyun konsolunu təqdim edib. Bu yeni portativ oyun konsolu ASUS ROG Ally, Steam Deck və Lenovo Legion GO kimi portativ oyun konsolları ilə rəqabət aparacaq. Beləliklə Acer Nitro Blaze 7 konsolu 144 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ölçülü IPS ekranla təchiz olunub.
Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, AMD FreeSync Premium texnologiyasını dəstəkləyir. Oyun konsolu 8 nüvəli AMD Ryzen 7 8840HS prosessoru vasitəsilə çalışır və özündə Radeon 780M qrafikasını birləşdirir. Bununla yanaşı Acer Nitro Blaze 7 LPDDR5x standartlı 16 GB RAM-a və 2 TB-lıq SSD-yə sahibdir. Bu yeni portativ oyun konsolu ənənəvi fiziki düymələrə sahibdir və o, qutudan Windows 11 vasitəsilə çalışır. Acer Nitro Blaze 7-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
