Logo
    main-post-cover

    Acer Predator XB323QK V4 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.04.2025
    Emil
         Acer şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Acer Predator XB323QK V4 adlanır. Beləliklə bu yeni monitor 160 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü IPS ekranla təchiz olunub. Təsvir yenilənməsini hətta 320 Hz-ə çatdırmaq da mümkündür. Lakin bu halda görüntü keyfiyyəti 1080p təşkil edəcək. Ekranın parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran 8 bit-lik rəngləri dəstəkləyir və DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium texnologiyasının dəstəyini birləşdirir. Monitor HDMI 2.1, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Acer Predator XB323QK V4 bu ilin üçüncü rübündə Avropa bazarında satışa çıxacaq və onun qiyməti 700 avro təşkil edəcək.
    Mənbə: Acer
    Paylaş