Alienware AW2725DF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
12.01.2024
Emil
Alienware brendi Alienware AW3225QF ilə yanaşı daha bir gaming monitorunu təqdim edib. Təqdim edilmiş ikinci gaming monitor Alienware AW2725DF adını əldə edib. Alienware AW3225QF-dən fərqli olaraq Alienware AW2725DF yastı dizayna sahibdir. Beləliklə ikinci gaming monitor olan Alienware AW2725DF 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran həmçinin AMD FeeSync Premium Pro və VESA Adaptive Sync texnologiyalarının dəstəklərinə sahibdir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1, USB Type-C 3.2 və USB Type-A girişlərini birləşdirir. Alienware AW2725DF artıq satışa çıxıb və 899$-a satılır.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Alienware AW3225QF gaming monitoru təqdim edilib - QİYMƏTİ
Dell şirkətinə məxsus olan Alienware brendi öz yeni gaming monitorunu təqdim edib.
Elm & Texnologiya
Alienware m18 adlı yeni gaming noutbuku təqdim edilib - QİYMƏTİ
Texniki göstəricilərə gəldikdə isə noutbuk AMD Ryzen 9 7945HX prosessoru vasitəsilə çalışır və özündə DDR5-4800 standartlı 64 GB-a kimi RAM-ı və ümumi həcmi 8.5 TB təşkil edən 3 ədədə qədər SSD-ni birləşdirir.
Ən çox oxunanlar