Logo
    main-post-cover

    AMD prosessorlu ASUS ROG Flow Z13 (2025) gaming planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    07.01.2025
    Emil
    CES 2025-dən yayımlarımız Azercell-in eksklüziv tərəfdaşlığı ilə təqdim olunur.
         ASUS şirkəti CES 2025 sərgisi çərçivəsində ASUS ROG Flow Z13 (2025) gaming planşetini təqdim edib. ASUS-un bu yeni gaming planşeti böyük ölçülü ekranı və AMD-nin yeni prosessoru ilə seçilir. Beləliklə ASUS ROG Flow Z13 (2025) planşeti 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1600 piksel keyfiyyətli 13.4 düym ölçülü IPS adlı ekranla təchiz olunub. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti 3 millisaniyə təşkil edir və o, Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Planşet iki versiyada təqdim edilib. Birinci versiya AMD-nin Ryzen AI Max+ 395 prosessoru vasitəsilə çalışır. Bu versiyada qrafik imkanlardan Radeon 8060S qrafik çipi cavabdehdir.
         İkinci versiya isə AMD Ryzen AI Max 390 prosessoru vasitəsilə çalışır və onda qrafik imkanlardan Radeon 8050S qrafik çipi cavabdehdir. Planşet özündə LPDDR5X standartlı 32 GB-lıq RAM-ı və 1 TB-lıq SSD-ni birləşdirir. Planşet 13 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə ASUS ROG Flow Z13 (2025) sürətli şarj texnologiyasının dəstəyinə sahib 70 vatt-saat həcmli batareya ilə təchiz olunub. ASUS bildirib ki, planşetin batareyası 50% enerjini 30 dəqiqə ərzində yığır. Planşetin gövdə qalınlığı 12 mm, çəkisi isə 1.2 kq təşkil edir. ASUS ROG Flow Z13 (2025) bu ilin birinci rübündə satışa çıxacaq. Planşetin AMD Ryzen AI Max 390 prosessoruna sahib versiyasının qiyməti 2000$, AMD Ryzen AI Max+ 395 prosessoruna sahib versiyasının qiyməti isə 2200$ təşkil edəcək.
    Paylaş