Logo
    main-post-cover

    Android 16 rəsmi olaraq təqdim edildi!

    Cihazlar+
    03.12.2025
    Sevinc
        Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, Google bu həftə Android 16 ilə birlikdə həm Pixel cihazları, həm də ümumi Android ekosistemi üçün yeni funksiyaların böyük bir paketini istifadəyə verir. Şirkət həmçinin illik böyük yeniləmə modelindən imtina edərək daha tez-tez yeniləmə strategiyasına keçdiyini açıqlayıb.
    Android 16: Productivity, security and more features on Android
        Android 16-nın ən diqqətçəkən yeniliyi uzun mesajları və böyük qrup söhbətlərini qısa, tez oxunan AI xülasələrinə çevirən yeni bildiriş sistemi olub. Bu funksiya aşağı prioritetli bildirişləri, kampaniyalar, xəbər bildirişləri və sosial media siqnallarını avtomatik qruplaşdırıb susdurur. Bu, istifadəçilərə daha səliqəli və nəzarət olunan bildiriş sahəsi təqdim edir. Android 16 cihazın görünüşünü daha çox şəxsi zövqə uyğunlaşdırmaq üçün yeni seçimlər də gətirir.
        Yeni “Parental Controls” bölməsi valideynlərə ekran vaxtını məhdudlaşdırmaq, istirahət (downtime) cədvəli qurmaq, tətbiqlərə girişə nəzarət etmək və daha bir çox idarəetmə imkanı yaradır. Bu funksiyalar ilk olaraq uyğun Pixel cihazlarına göndərilməyə başlayıb.

    Təxirəsalınmaz zənglər üçün “Call Reason”

        Yeni beta funksiya istifadəçilərə kontaktlara edilən zəngləri “təcili” kimi işarələməyə imkan verir. Qarşı tərəf zəng ekranında bunun vacib çağırış olduğunu dərhal görəcək.

    “Expressive Captions”

        Etiketlərlə (məsələn, [kədərli], [sevinc­li]) zənginləşdirilmiş altyazılar video mesajlarda və sosial media paylaşımlarında emosiyanın tam çatdırılmasına kömək edəcək.

    Naməlum nömrələrlə qrup söhbətlərindən çıxmaq daha asandır

        Naməlum nömrə istifadəçini qrupa əlavə etdikdə sistem qrup haqqında əsas məlumatları göstərir və dərhal cavab vermək, söhbəti tərk etmək və ya nömrəni bloklamaq imkanı yaradır.

    Chrome-da sabitləndirilmiş (pinned) səhifələr masaüstündəki kimi işləyir

        Sabitlənmiş səhifələr brauzerin önündə qalır və istifadəçiyə orada qaldığı yerdən davam etməyə imkan verir.

    Circle to Search yeniləndi

        İstifadəçi şübhəli mesajı işarələdikdə, AI Overview həmin mesajın mümkün dələduzluq olub-olmadığını qiymətləndirir.

    Pixel kamera üçün təkmilləşdirilmiş “Guided Frame”

        Artıq kamera yalnız üzün kadra düşdüyünü demir, təsviri də izah edir: məsələn, “sarı köynəkli bir qız divanda oturub itə baxır”.

    Voice Access daha artıq rahat

        Sadəcə “Hey Google, start Voice Access” deməklə telefonu tam səs vasitəsilə idarə etmək mümkündür.

    Eşitmə cihazları üçün Fast Pair dəstəyi

        Demant şirkətinin Oticon, Sonic, Bernafon kimi brendləri ilə başlayan yeni dəstək eşitmə cihazlarının Android telefonlara daha tez qoşulmasını təmin edir.
    Paylaş