
AOC AG256FS gaming monitoru təqdim edilib
Cihazlar+
01.05.2024
Farid
AOC şirkəti öz yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş monitor AOC AG256FS adlanır. Beləliklə AOC şirkətinin bu yeni gaming monitoru 360 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 24.5 düym ekranla təchiz olunub. Bununla yanaşı ekranın təsvir yenilənməsi göstəricisini 390 Hz-ə kimi yüksəltmək mümkündür. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran üstəlik 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB-A 3.2 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. O həmçinin RGB işıqlandırmaya da sahibdir. AOC AG256FS-in nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib. Lakin gözləntilərə əsasən monitorun qiyməti 450 avro təşkil edəcək.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
