Apple 2027-ci il iPhone Pro-da ekranı 4 kənara doğru əyə bilər
“Apple” 2027-ci ildə çıxacağı gözlənilən “iPhone Pro” modelləri üçün böyük dizayn dəyişikliyi hazırlayır. Yeni məlumata görə, bu yenilikdən sonra “Action” düyməsi modellərdən çıxarıla bilər. 2027-ci ildə “iPhone” seriyasının 20 illiyi tamam olacaq. Şirkət 2017-ci ildə seriyanın 10 illiyi üçün “iPhone X” modelini çıxarmışdı. Bu dəfə də fərqli görünüşün seçiləcəyi gözlənilir.
İddiaya görə, yeni “iPhone Pro” modellərinin ekranı bütün 4 kənara doğru əyiləcək. Bununla ekranın ətrafındakı çərçivələr demək olar görünməz ola bilər. Ekranın böyüyəcəyi də deyilir, amma dəqiq ölçü hələ açıqlanmayıb. Məqsəd telefonun ön hissəsini mümkün qədər bütöv ekran kimi göstərməkdir.
“Action” düyməsi çıxarılsa da, onun funksiyaları itməyəcək. İddiaya əsasən, “Camera Control” düyməsinə bir dəfə basdıqda kamera tətbiqi açılacaq. Düyməni basılı saxladıqda isə hazırkı “Action” düyməsində olduğu kimi müxtəlif qısa yolları işə salmaq olacaq. Beləcə, 2 fiziki idarəetmə düyməsi 1 düymədə birləşdirilə bilər.
“Apple” daha əvvəl “iPhone Duo” modelindən “Action” düyməsini çıxarıb, amma “Camera Control” düyməsini saxlayıb. Bu qərar çoxfunksiyalı düymədən yararlanan bəzi istifadəçilərin narazılığına səbəb olmuşdu. Eyni yanaşmanın növbəti “iPhone Duo” və gələcək digər modellərdə də tətbiq ediləcəyi gözlənilir. Hələlik şirkət yeni dizaynı və düymə dəyişikliyini rəsmi təsdiqləməyib.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...