Apple 2027-də daha ucuz iPhone, iPad və MacBook təqdim etməyi planlaşdırır
“Apple” 2027-ci ildə çox sayda yeni cihaz göstərməyi planlaşdırır. Şirkət 2026-cı ilin 4-cü rübündə son illərin ən sıx elan dövrlərindən birini keçirib. Göstərilən yeniliklər arasında “Apple”ın ilk qatlanan smartfonu, toxunuşa həssas ekranlı “Mac” və yeni ağıllı ev cihazları olub. Görünür, bu temp 2027-ci ildə də davam edəcək.
Növbəti yeniliklərin əsas hissəsini daha sərfəli “Apple” cihazları təşkil edə bilər. Şirkət giriş səviyyəli yeni “iPad”, “iPhone 18e” və 2-ci nəsil “MacBook Neo” hazırlayır. Bu cihazların “iOS 27.4” yeniləməsinə yaxın, fevral və mart ayları arasında göstəriləcəyi gözlənilir. Standart “iPhone 18” və yenilənmiş “MacBook Air” də həmin vaxt satışa çıxa bilər.
OLED ekranlı “iPad” modelləri və daha güclü cihazlar 2027-ci ilin sonrakı aylarında gələ bilər. İlin ilk yarısında OLED ekranlı yeni “iPad Air” modelinin çıxacağı gözlənilir. Bu tip ekran indiyədək “iPad Pro” və yeni “iPad mini” modellərində işlədilib. Yenilənmiş “iPad Pro” və 2-ci nəsil “iPhone Air” də həmin dövr üçün planlaşdırılır.
Yeni “iPhone Air” modelində tək kamera əvəzinə 2 kamera ola bilər. Bunlardan biri əsas, digəri ultra genişbucaqlı kamera olacaq. Bu quruluş standart “iPhone 18” modelinin kamera sisteminə bənzəyəcək. Beləliklə, nazik korpuslu telefonla daha fərqli bucaqlarda şəkil çəkmək olar.
“Apple”ın bütün məhsulları eyni tədbirdə göstərəcəyi gözlənilmir. Şirkət 2026-cı ilin 4-cü rübündə “iPhone”, ağıllı ev cihazları və “Mac” modellərini ayrı-ayrı vaxtlarda açıqlamışdı. Yeni baş direktor John Ternus da məhsul elanlarını il ərzində daha çox dövrə bölmək istəyir. Buna görə 2027-ci ilin yenilikləri fərqli tarixlərdə göstərilə bilər.
2027-ci ilin 2-ci yarısında yeni “Apple Watch”, ağıllı eynək, kameralı “AirPods” və “iPhone 20” təqdim oluna bilər. Əsas yeniliklərdən biri şirkətin çoxdan gözlənilən ağıllı eynəyi olacaq. “AirPods” qulaqlıqlarının daxilində kameraların qoyulması planlaşdırılır. Yubiley modeli olacaq “iPhone 20” isə tamamilə yeni dizayn və 4 tərəfdən əyilən şüşə görünüşü ala bilər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...