Apple artıq 7-ci nəsil iPad Air üzərində çalışır
Cihazlar+
15.05.2024
Emil
Apple keçən həftə M2 prosessoru vasitəsilə çalışan yeni iPad Air planşetini təqdim etmişdi. Macrumors saytının vermiş olduğu məlumata əsasən Apple artıq növbəti nəsil iPad Air üzərində çalışmağa başlayıb. Məlumatda qeyd edilib ki, hazırlanan yeni nəsil iPad Air planşeti M3 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan MacBook Air noutbuku da M3 prosessoru vasitəsilə çalışır. Təəssüflər olsun ki, növbəti nəsil iPad Air barəsində digər bir məlumat yoxdur.
Sadəcə olaraq güman etmək olar ki, keçən həftə təqdim edilmiş iPad Air kimi növbəti nəsil iPad Air də iki versiyada təqdim ediləcək. Bu halda birinci versiya 11 düym ölçülü ekranı, ikinci versiya isə 13 düym ölçülü ekranı əldə etməlidir. Çox güman ki, növbəti iPad Air modelində prosessor istisna olmaqla elə də ciddi bir dəyişiklik olmayacaq. Belə ki, planşetin Liquid Retina ekrana, 12 MP-lik arxa kameraya və 1 TB-a kimi daxili yaddaş həcminə sahib olacağı gözlənilir. 7-ci nəsil iPad Air-i yaxın zamanda gözləmək lazım deyil. Planşet böyük ehtimal ilə gələn il təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Yeni nəsil iPad mini nə zaman təqdim ediləcək?
Apple şirkəti keçən həftə iPad Air 2024 və iPad Pro 2024 planşetlərini təqdim etdi. Lakin məlumdur ki, şirkət həmçinin yeni nəsil iPad mini planşeti üzərində də çalışır.
Proqram Təminatı
Apple iOS 18-də ChatGPT-nin istifadəsi mövzusunda OpenAI ilə razılığa gəlib
Apple şirkəti gələn ay keçiriləcək WWDC 2024 konfransı çərçivəsində süni zəka funksiyalarına sahib iOS 18 əməliyyat sistemini təqdim edəcək.
Cihazlar+
Apple qatlana bilən cihazı üçün elastiki ekran istehsalçısını seçib
Samsung, Huawei, Honor və Xiaomi kimi şirkətlər artıq öz qatlana bilən smartfonlarına sahibdirlər. Lakin Apple kimi dünya şöhrətli şirkət hələ də elastiki ekranlı bir dənə cihaza belə sahib deyil.
Proqram Təminatı
Yenilənmiş Siri Apple şirkətinin süni zəka strategiyasının əsas hissəsinə çevriləcək
The New York Times-ın təqdim etmiş olduğu hesabatda Apple şirkətinin öz süni zəka texnologiyasına keçid strategiyası haqqında danışılıb.
Digər
Apple, iPad Pro-nun təqdimatında yayımladığı reklam çarxına görə üzr istəyib!
Apple, yeni iPad Pro-nu tanıtmaq üçün çəkdiyi "Crush" adlı reklam çarxına görə tənqid hədəfinə çevrilib. Apple reklamda niyyətlərini əks etdirə bilmədiyi üçün izləyicilərdən üzr istəyib.
Ən çox oxunanlar