main-post-cover

    Apple bu ilki iPhone modellərində köhnə adlandırma sistemindən istifadə edə bilər

    Cihazlar+
    17.01.2021
    Emil Nəcəfov
        iPhone 12 smartfon seriyasında Apple şirkəti bir növ keçmişə qayıtmış oldu. Belə ki, şirkət bu smartfon seriyasında iPhone 4iPhone 5-i xatırladan dizaynı reallaşdırdı. Ortaya çıxmış yeni məlumat sızıntısına əsasən isə Apple bu il öz smartfonlarının köhnə adlandırma sisteminə geri dönə bilər. Bu barədə 4pda saytı xəbər verib. Əvvəlki illərdə hər bir yeni iPhone modeli öz dizaynı ilə fərqlənirdi. Lakin təqdim olunan iPhone smartfonları arasında adında S hərfi olan modellər də təqdim olunurdu.
        iPhone S seriyasına daxil olan smartfonlar xarici görünüşcə əsasən heç bir özəllik ilə fərqlənmirdilər. Məsələn vaxtı ikən Apple iPhone 3GS, iPhone 4S, iPhone 5S iPhone 6S modellərini təqdim edib. S seriyasına daxil olan son iPhone modeli isə iPhone XS-dir. Daha sonra şirkət iPhone 11 və iPhone 12 seriyalarını təqdim edib. Məntiqlə bu ilki iPhone smartfonları iPhone 13 adlı seriyaya daxil olmalıdırlar.
        Lakin bəzi mənbələrin verdikləri məlumata əsasən şirkət bu il öz smartfonlarını iPhone 13 yox iPhone 12S adlandıracaq. Əgər bu həqiqətən də belədirsə deməli bizləri payız fəslində iPhone 12S, iPhone 12S mini, iPhone 12S Pro iPhone 12S Pro Max modelləri gözləyir. Məlumata əsasən Apple bu ilki smartfonların ekranları üzərində olan çıxıntı hissənin ölçüsünü bir qədər kiçildəcək. Bununla yanaşı bu ilki iPhone modellərinin 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar ilə təchiz olunacaqları gözlənilir.
    Linki kopyala