Logo
    main-post-cover

    Apple Çin şirkətinin yaddaş çiplərini sınaqdan keçirir

    Cihazlar+
    08.07.2026
    Sevinj
        Apple-ın Çində satılacaq cihazlar üçün Çin istehsalçısı ChangXin Memory Technologies (CXMT) tərəfindən hazırlanan DRAM yaddaş çiplərini sınaqdan keçirdiyi bildirilir. Məlumata görə, şirkət bu çiplərdən istifadə etmək üçün ABŞ hökumətinin razılığını almağa çalışır. Financial Times-ın yaydığı məlumata əsasən, Apple artıq CXMT-nin istehsal etdiyi DRAM modullarını öz cihazlarında test mərhələsinə keçirib. Bununla yanaşı, şirkət Vaşinqtonla danışıqlar apararaq bu çiplərin istifadəsinə rəsmi icazə almağa çalışır.
    How Apple turbocharged China's development : Planet Money : NPR
        Məsələni daha da diqqətçəkən edən məqam isə CXMT-nin qısa müddət əvvəl ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə əlaqəli hesab etdiyi şirkətlərin yer aldığı 1260H qara siyahısına daxil edilməsidir. Bu siyahıya düşmək şirkətlə əməkdaşlığı birbaşa qadağan etməsə də, belə addım ABŞ administrasiyası və Konqres tərəfindən ciddi narazılıqla qarşılana bilər. Məlumata görə, Apple bu təşəbbüsü ilk dəfə mayın sonu və ya iyunun əvvəlində ABŞ hökumətinə təqdim edib. Şirkət hesab edir ki, CXMT ilə əməkdaşlıq qlobal yaddaş çipi çatışmazlığının təsirlərini azaltmağa kömək edə bilər.
        Hazırda Apple DRAM yaddaşlarını əsasən Samsung, SK HynixMicron şirkətlərindən alır. Lakin son dövrlərdə yaranan tədarük problemləri və qiymət artımları nəticəsində şirkət bəzi iPad və Mac modellərinin qiymətlərini artırmalı olub. Son illərdə sürətlə böyüyən CXMT hazırda dünyada Samsung, SK Hynix və Micron-dan sonra dördüncü ən böyük DRAM istehsalçısı hesab edilir. Şirkətin səhmdarlarının əhəmiyyətli hissəsi dövlətlə əlaqəli qurumlardır və yaxın zamanda təxminən 4,3 milyard dollar dəyərində IPO keçirməyi planlaşdırdığı bildirilir. Bununla belə, ABŞ Konqresində bu mümkün əməkdaşlığa etiraz edənlər də var. ABŞ Konqresinin nümayəndəsi John Moolenaar Apple-ın belə bir addımını "ciddi səhv" adlandıraraq milli təhlükəsizlik baxımından riskli olduğunu bildirib.
    Paylaş