
Apple-ın təqdim olunacaq təhlükəsizlik kameraları insanların üzlərini görmədən onları tanıya biləcək!
Cihazlar+
28.11.2024
Aslan
Apple-ın 2026-cı ildə bazara çıxması gözlənilən ağıllı kameraları insanları tanımaq üçün üzlərini görmək məcburiyyətində olmayacaq.
Hazırda süni intellekt xüsusiyyətlərindən istifadə edən təhlükəsizlik kameraları mövcuddur. Bu kameraların əsas xüsusiyyətləri arasında insanları tanımaq bacarığı var. Lakin Apple bu texnologiyanı daha da irəli səviyyəyə çıxarmağı hədəfləyir. Belə ki, kameralar insanları üzlərini görmədən tanıya biləcək. Apple-ın yeni patentinə əsasən, təhlükəsizlik kamerası üz tanıma texnologiyasını bir addım irəliyə apararaq şəxsləri üzlərini görmədən də müəyyənləşdirə biləcək. Sistem, üz tanıma yolu ilə şəxsiyyəti təsdiqlənmiş insanların bədən xüsusiyyətlərini yaddaşına qeyd edə biləcək. Bu xüsusiyyətlər arasında geyimlərin tanınması və bədən formasının öyrənilməsi kimi bacarıqlar da var.

Patentə görə, bu məlumatlar təhlükəsizlik kamerasının yaddaşında müxtəlif müddətlərdə saxlanılacaq. Məsələn, geyim məlumatları yalnız bir gün saxlanıla bilər, amma bədən forması ilə bağlı məlumatlar daha uzun müddət yaddaşda qala bilər. Sistem eyni zamanda insanların yerimə tərzi kimi hərəkət izlərini də təhlil edə biləcək. Bu texnologiya sayəsində Apple şəxsləri üzləri görünmədiyi hallarda belə tanıya biləcək. Buna baxmayaraq, Apple və digər texnologiya nəhənglərinin patentini aldığı, lakin son məhsul kimi təqdim etmədiyi bir çox texnologiyanın mövcud olduğunu unutmamaq lazımdır.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
