Logo
    main-post-cover

    Apple qara siyahıdakı Çin şirkətinin RAM çiplərini sınaqdan keçirir

    Cihazlar+
    09.07.2026
    Sevinj
        Apple bahalaşan yaddaş (RAM) çipləri problemini həll etmək üçün ABŞ-nin qara siyahısına daxil edilmiş Çin şirkəti ChangXin Memory Technologies (CXMT)-in istehsal etdiyi DRAM çiplərini sınaqdan keçirməyə başlayıb. Bununla belə, ekspertlər hesab edirlər ki, bu addım qlobal yaddaş çatışmazlığını aradan qaldırmaq üçün kifayət etməyəcək. Financial Times nəşrinin məlumatına görə, Apple artıq CXMT tərəfindən istehsal olunan smartfon tipli DRAM çiplərini əldə edərək onların keyfiyyətini yoxlayır. Məqsəd bu çiplərin gələcək Apple məhsullarında istifadə üçün uyğun olub-olmadığını müəyyənləşdirməkdir.
        Hazırda CXMT ABŞ Müdafiə Nazirliyinin Çin ordusu ilə əlaqəli hesab etdiyi şirkətlərin siyahısında yer alır. Bu səbəbdən Apple şirkəti ABŞ hökumətindən bu istehsalçıdan yaddaş çipləri almaq üçün xüsusi icazə istəyib. Əgər Vaşinqton bu müraciəti təsdiqləsə, Apple gələcəkdə yalnız Çində deyil, digər bazarlarda satılan iPhone modellərində də CXMT çiplərindən istifadə edə bilər. Apple-ın bu addımının əsas səbəbi isə təhlükəsizlik deyil, son illərdə kəskin bahalaşan DRAM bazarında daha sərfəli alternativ tapmaq istəyidir. Hazırda Apple əsasən Samsung, SK HynixMicron şirkətlərinin yaddaş çiplərindən istifadə edir.
        CXMT hazırda dünya üzrə dördüncü ən böyük DRAM istehsalçısı hesab olunur və qlobal istehsal gücünün təxminən 11 faizinə sahibdir. Şirkət son illərdə Çin hökumətindən yüz milyonlarla dollar dəstək alaraq istehsalını sürətlə genişləndirib. Bununla belə, analitiklər hesab edirlər ki, CXMT-nin istehsal gücü Apple və digər texnologiya şirkətlərinin artan tələbatını qarşılamaq üçün kifayət etmir. Hətta istehsal genişləndirilsə belə, yaxın iki il ərzində yaddaş bazarında təklifin məhdud qalacağı gözlənilir.
     
    Paylaş