Logo
    main-post-cover

    Apple Vision Pro-nun büdcəli versiyasında istifadə oluna biləcək ekran növü məlum olub

    Cihazlar+
    07.11.2024
    Emil
         Son aylar ərzində ortaya çıxmış məlumata əsasən Apple şirkəti Vision Pro qarışıq reallıq cihazının büdcəli versiyası üzərində çalışır. Bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo isə öz növbəsində bildirmişdi ki, Vision Pro-nun büdcəli versiyasının daha öncə 2025-ci ildə təqdim olunacağı gözlənildiyi halda şirkət onun təqdimatını 2027-ci ilə kimi təxirə salıb. İndi isə Apple şirkətinin büdcəli qarışıq reallıq cihazında hansı növ ekranlardan istifadə edə biləcəyi barəsində məlumat ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Vision Pro-da Sony şirkətinin istehsalı olan OLED on Silicon (OLEDoS) ekranlardan istifadə edilir.
         Bu ekranlarda piksel sıxlığı 3391 ppi təşkil edir. Buna görə də onlar Vision Pro-nun büdcəli versiyası üçün yaramırlar. Bu səbəbdən Apple alternativ variantları nəzərdən keçirir. Bu mövzuda şirkət öz seçimini Samsung-un W-OLED+CF adlı texnologiyasında saxlaya bilər. Samsung bu texnologiyasını qatlana bilən ekranlarda istifadə edir. Sözügedən texnologiya ekranı daha nazik edə bilən nazik material layı köməkliyi ilə yaranan rəng filtrindən istifadə edir. Nəticədə Vision Pro-nun büdcəli versiyasının sahib olacağı ekranlarda piksel sıxlığı 1500 ppi təşkil edə bilər.
    Paylaş