main-post-cover

    ASUS AirVision M1 smart eynəyi təqdim edilib

    Cihazlar+
    11.01.2024
    Emil Nəcəfov
         ASUS şirkəti CES 2024 sərgisində AR funksiyalara sahib smart eynəyini təqdim edib. Şirkətin smart eynəyi ASUS AirVision M1 adını əldə edib. Sözügedən smart eynək portativ ekran rolunda çıxış edir və öz prosessoruna sahib deyil. Bu smart eynək kompüter və ya smartfondakı görüntünü istifadəçi gözlərinə ötürmək üçündür. Beləliklə ASUS AirVision M1 eynəyi Full HD keyfiyyətli iki ədəd micro-OLED ekranla təchiz olunub. Ekranların maksimal parlaqlıq səviyyələri 1100 nit təşkil edir.
         Ekranlar DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edirlər və şaquli istiqamətdə 57 dərəcə bucaq əhatəsinə sahibdirlər. Bununla yanaşı sözügedən smart eynək istifadəçi başının hərəkətini təyin edə bilir. AirVision M1 öz batareyasına da sahib deyil. Onun ekranları vasitəsilə əks olunan videonun idarəsi eynəyin sol hissəsində yerləşən sensorlu panel sayəsində reallaşdırılır. Eynək siqnalı Type-C girişi vasitəsilə DisplayPort Alt rejimində qəbul etdiyi üçün o, bütün smartfonları dəstəkləmir. Lakin bir çox müasir kompüterlərin dəstəyi bu smart eynəkdə reallaşdırılıb. ASUS bu smart eynəyin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS iki ekranlı noutbukunu təqdim edib - QİYMƏTİ
    asus-iki-ekranli-noutbukunu-teqdim-edib-qiymeti
    ASUS ROG NUC adlı mini gaming kompüter təqdim edilib
    asus-rog-nuc-adli-mini-gaming-komputer-teqdim-edilib
    ASUS ROG Phone 8 və ROG Phone 8 Pro təqdim olunub - QİYMƏTİ
    asus-rog-phone-8-ve-rog-phone-8-pro-teqdim-olunub-qiymeti
    Təqdimata hazırlaşan ASUS ROG Phone 8 Pro-nun render fotoları ortaya çıxıb
    teqdimata-hazirlasan-asus-rog-phone-8-pro-nun-render-fotolari-ortaya-cixib
    ASUS-un yeni gaming noutbuku Geekbench testlərindən keçib
    asus-un-yeni-gaming-noutbuku-geekbench-testlerinden-kecib