
ASUS BE248CFN biznes monitoru təqdim edilib
Cihazlar+
14.11.2024
Emil
ASUS şirkəti öz yeni biznes monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru ASUS BE248CFN adlanır. Beləliklə bu yeni monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 24.1 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Uzun müddət ərzində çalışma zamanı istifadəçi gözlərinə yüklənmənin aşağı salınması üçün monitor Flicker-Free və Low Blue Light texnologiyalarını dəstəkləyir. Monitor özündə HDMI 1.4, DisplayPort 1.4 və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. ASUS BE248CFN-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
ASUS ROG Phone 9 Pro bazarda ən sürətli ekranı əldə edəcək
ASUS şirkəti 19 noyabr tarixində ASUS ROG Phone 9 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya iki modelin daxil olacağı gözlənilir. ASUS ROG Phone 9 və ROG Phone 9 Pro.

Cihazlar+
ASUS ProArt Display 5K PA27JCV monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti yeni professional monitorunu təqdim edib. Sözügedən monitor ASUS ProArt Display 5K PA27JCV adlanır.

Cihazlar+
ASUS ROG Phone 9-un texniki göstəriciləri təqdim edilib
Biz biraz əvvəl xəbər verdik ki, 91mobiles saytı təqdimata hazırlaşan ASUS ROG Phone 9 smartfonunun render fotolarını təqdim edib. İndi isə həmin sayt sözügedən smartfonun texniki göstəricilərini bölüşüb.

Cihazlar+
Gələn ay təqdim olunacaq ASUS ROG Phone 9-un render fotoları təqdim edilib
ASUS şirkəti ASUS ROG Phone 9 smartfonunu 19 noyabr tarixində təqdim edəcək. Sözügedən smartfonun dünən real fotoları ortaya çıxmışdı. İndi isə 91mobiles saytı ASUS ROG Phone 9-un keyfiyyətli render fotolarını təqdim edib.

Cihazlar+
ASUS ROG Phone 9-un real fotoları ortaya çıxıb
ASUS şirkəti dünən ASUS ROG Phone 9 gaming smartfonunun təqdimatını anons etdi. Sözügedən smartfon 19 noyabr tarixində təqdim olunacaq.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
