main-post-cover

    ASUS ExpertBook B9 OLED biznes noutbuku təqdim edilib

    Cihazlar+
    15.03.2024
    Emil Nəcəfov
         ASUS şirkəti ExpertBook B9 OLED adlı yeni biznes noutbukunu təqdim edib. Bu noutbuk 2880x1800 piksel keyfiyyətli 14 düym OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Ekran DCI-P3 ilə sRGB rəng diapazonlarının 100%-ni əhatə edir. Noutbuk iki versiyada təqdim olunub. Birinci versiya Intel Core Ultra 5 120U prosessoru, ikinci versiya isə Core Ultra 7 150U prosessoru vasitəsilə çalışır. Alıcının seçimindən asılı olaraq ASUS ExpertBook B9 OLED noutbuku 64 GB-a kimi RAM 2 TB-a kimi SSD-yə sahib ola bilər.
         Noutbukun batareya həcmi isə 63 vatt saat təşkil edir. Şirkətin sözlərinə əsasən o, bir dəfə şarj olunandan sonra 11 saat ərzində çalışa bilir. Noutbukun gövdəsi premium səviyyəli maqnezium-litium ərintisindən hazırlanıb. Buna görə də noutbukun çəkisi cəmi 990 qramm təşkil edir. Noutbuk özündə Thunderbolt 4 Type-C (USB Power Delivery 3.0 dəstəkli), USB 3.2 Type-A, HDMI 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. ASUS ExpertBook B9 OLED-in nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ heç bir məlumat verilməyib/
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS Zenfone 11 Ultra təqdim olunub - QİYMƏTİ
    asus-zenfone-11-ultra-teqdim-olunub-qiymeti
    ASUS VivoWatch 6 adlı yeni smart saatını hazırlayır
    asus-vivowatch-6-adli-yeni-smart-saatini-hazirlayir
    ASUS Zenfone 11 Ultra-nın təqdimatı anons edilib
    asus-zenfone-11-ultra-nin-teqdimati-anons-edilib
    ASUS Zenfone 11 Ultra Geekbench testlərindən keçib
    asus-zenfone-11-ultra-geekbench-testlerinden-kecib
    ASUS Zenfone 11 Ultra-nın yeni keyfiyyətli render fotoları təqdim edilib
    asus-zenfone-11-ultra-nin-yeni-keyfiyyetli-render-fotolari-teqdim-edilib