main-post-cover

    ASUS kompakt ölçülü smartfonların istehsalından imtina edə bilər

    Cihazlar+
    11.12.2023
    Emil Nəcəfov
         Kompakt ölçülü smartfonlar bazarı olduqca kiçikdir və bu cür smartfonlar tez-tez təqdim olunmur. Kompakt ölçülü smartfonlar bazarında aktivlik sərgiləyən şirkətlərdən biri də ASUS-dur. Belə ki, şirkət hər il ASUS Zenfone adlı kompakt ölçülü smartfonu təqdim edir. Lakin yaxın zamanda şirkət kompakt ölçülü smartfon istehsalını dayandıra bilər. Məsələ burasındadır ki, Bluetooth SIG təşkilatında yeni ASUS Zenfone smartfonu qeydiyyatdan keçib və onun adı Zenfone 11 Ultra kimi qeyd edilib.
         Hər halda smartfonun adı hələ heçnə deməsə də, o, ASUS_AI2401_H model nömrəsinə sahibdir. ASUS-un təqdimata hazırlaşan ROG Phone 8 ROG Phone 8 Ultimate modelləri isə müvafiq olaraq ASUS_AI2401_EASUS_AI2401_F model nömrələrinə sahibdirlər. Yəni ASUS Zenfone 11 Ultra-nın model nömrəsi ASUS ROG Phone 8 smartfonlarının model nömrələrinə bənzəyir. ASUS ROG Phone smartfonları isə kompakt ölçülü smartfonlar siyahısına daxil deyillər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosu təqdim edilib
    asus-rog-phone-8-gaming-smartfonunun-ilk-tizer-fotosu-teqdim-edilib
    ASUS ROG Phone 8 Ultimate smartfonu Geekbench testlərindən keçib
    asus-rog-phone-8-ultimate-smartfonu-geekbench-testlerinden-kecib
    ASUS ROG Phone 8 Ultimate gaming smartfonunun vacib özəlliklərindən biri məlum olub
    asus-rog-phone-8-ultimate-gaming-smartfonunun-vacib-ozelliklerinden-biri-melum-olub
    ASUS ROG Phone 8 gaming smartfon seriyasının əldə edəcəyi prosessor rəsmi şəkildə təsdiqlənib
    asus-rog-phone-8-gaming-smartfon-seriyasinin-elde-edeceyi-prosessor-resmi-sekilde-tesdiqlenib