main-post-cover

    ASUS performanslı AMD prosessorlu yeni monoblokunu təqdim edib

    Cihazlar+
    19.07.2024
    Emil Nəcəfov
         ASUS şirkəti öz yeni monoblokunu təqdim edib. Şirkətin yeni monobloku ASUS AIO M3702 adlanır. Sözügedən yeni monoblok böyük ölçülü ekranı, nazik ekran ətrafı çərçivələri və performanslı AMD prosessorunu əldə edib. Beləliklə ASUS AIO M3702 monobloku Full HD keyfiyyətli 27 düym ölçülü ekranla təchiz olunub. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir və zərərli göy rəngli işığın aşağı səviyyədə olmasına dair TÜV Rheinland sertifikatına sahibdir. Ekranın faydalı sahəsi 3 nazik çərçivə hesabına 91% təşkil edir.
         Monoblok AMD Ryzen 5 7520U prosessoru vasitəsilə çalışır və üstəlik bu prosessora AMD Radeon 610M qrafikası inteqrasiya edilib. Monoblok özündə LPDDR5 standartlı 16 GB-lıq RAM ilə 1 TB-lıq SSD-ni birləşdirir. Bundan əlavə olaraq ASUS AIO M3702 həmçinin Dolby Atmos dəstəkli səsgücləndiricilər, mikrofon və veb kamera ilə təchiz olunub. Monoblok özündə Gigabit Ethernet, HDMI 1.4, USB 3.2 Gen 1 Type-A, USB 2.0 Type-AUSB 3.2 Gen 1 Type-C girişlərini birləşdirir. ASUS AIO M3702-nin nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ProArt 13 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ
    asus-proart-13-2024-noutbuku-teqdim-edilib-qiymeti
    ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ
    asus-vivowatch-6-smart-saati-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27VQM1B adlı yeni gaming monitor təqdim edilib
    asus-tuf-gaming-vg27vqm1b-adli-yeni-gaming-monitor-teqdim-edilib
    ASUS qatlana bilən iki ekranlı portativ monitorunu təqdim edib
    asus-qatlana-bilen-iki-ekranli-portativ-monitorunu-teqdim-edib
    ASUS ROG Zephyrus G16 (2024) gaming noutbuku təqdim edilib
    asus-rog-zephyrus-g16-2024-gaming-noutbuku-teqdim-edilib