main-post-cover

    ASUS ProArt 13 (2024) noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.07.2024
    Emil Nəcəfov
         ASUS şirkəti dizaynerlər, rəssamlar, montajçılar və müxtəlif növ kontentin yaradılması ilə məşğul olan professional şəxslər üçün ProArt 13 (2024) adlı yeni noutbukunu təqdim edib. Bu noutbuk planşet rejiminə, stilus dəstəyinə və güclü texniki imkanlara sahibdir. Beləliklə ASUS ProArt 13 (2024) noutbuku transformer form-faktoruna sahibdir. Onun 2.8K keyfiyyətli 13 düym ölçülü OLED ekranını 360 dərəcə qatlamaq mümkündür.
         Noutbukun ekranının maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və o, ASUS Pen stilusunu dəstəkləyir. Ekranın 360 dərəcə qatlanmış vəziyyətində noutbuk planşet rejiminə keçid edir. Üstəlik ekran DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir. Noutbukun qalınlığı 15.8 mm, çəkisi 1.38 kq təşkil edir. ASUS ProArt 13 (2024) noutbuku AMD Ryzen AI 9 HX 370 prosessoru vasitəsilə çalışır və özündə NVIDIA GeForce RTX 4060 videokartını birləşdirir. Bununla yanaşı noutbuk 32 GB-lıq RAM-ı və 1 TB-lıq SSD-ni əldə edib.
         Noutbukun soyutma sistemi qismində iki ədəd pər və maye metaldan təşkil edilmiş termointerfeysli 4 ədəd istilik borusu çıxış edirlər. Onun enerji ilə təmin olunmasından isə 73 vatt-saat həcmli batareya cavabdehdir. Noutbuk özündə USB 4 Type-C, USB 3.2 Gen 2 Type-A, HDMI 2.1 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və microSD kart girişi birləşdirir. ASUS ProArt 13 (2024) noutbuku 28 iyul tarixində Çində satışa çıxacaq və onun qiyməti 2066$ təşkil edəcək. Noutbukun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS VivoWatch 6 smart saatı təqdim edilib - QİYMƏTİ
    asus-vivowatch-6-smart-saati-teqdim-edilib-qiymeti
    ASUS TUF Gaming VG27VQM1B adlı yeni gaming monitor təqdim edilib
    asus-tuf-gaming-vg27vqm1b-adli-yeni-gaming-monitor-teqdim-edilib
    ASUS qatlana bilən iki ekranlı portativ monitorunu təqdim edib
    asus-qatlana-bilen-iki-ekranli-portativ-monitorunu-teqdim-edib
    ASUS ROG Zephyrus G16 (2024) gaming noutbuku təqdim edilib
    asus-rog-zephyrus-g16-2024-gaming-noutbuku-teqdim-edilib
    ASUS ROG Ally X portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
    asus-rog-ally-x-portativ-oyun-konsolu-teqdim-edilib-qiymeti