main-post-cover

    ASUS qatlana bilən iki ekranlı portativ monitorunu təqdim edib

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
         ASUS şirkəti Computex 2024 sərgisi çərçivəsində iki ekrana sahib ZenScreen Duo OLED MQ149CD adlı qatlana bilən portativ monitorunu təqdim edib. Şirkətin bu qeyri-adi portativ monitoru 1920x1200 piksel keyfiyyətli 14 düym ölçülü iki ədəd OLED ekranla təchiz olunub. Ekranlar DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edirlər. Sözügedən monitor 360 dərəcəlik şarnir konstruksiyasına sahibdir. Bu isə o deməkdir ki, onu 360 dərəcə qatlamaq mümkündür. Tam açıq vəziyyətdə monitorun ümumi sahəsi 21 düym təşkil edir. Portret rejimində monitorda daha çox məlumat əks olunur.
         Buna görə də o, proqramlaşdırma üçün yaxşı seçimdir. Qeyd etmək lazımdır ki, ZenScreen Duo OLED MQ149CD-nin çəkisi 700 qramm təşkil edir. Monitor özündə HDMI və iki ədəd USB-C girişlərini birləşdirir. USB-C girişləri üstəlik DisplayPort Alt dəstəyinə sahibdirlər. Bunun sayəsində monitoru eyni anda iki xarici cihaza qoşmaq olar. Bu isə öz növbəsində istifadəçiyə eyni zamanda iki ekranda müxtəlif mənbələrdən olan kontentlərlə çalışmaq imkanını verir. ASUS ZenScreen Duo OLED MQ149CD-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Zephyrus G16 (2024) gaming noutbuku təqdim edilib
    asus-rog-zephyrus-g16-2024-gaming-noutbuku-teqdim-edilib
    ASUS ROG Ally X portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ
    asus-rog-ally-x-portativ-oyun-konsolu-teqdim-edilib-qiymeti
    ASUS ROG Ally X portativ oyun konsolu barəsində yeni təfərrüatlar ortaya çıxıb
    asus-rog-ally-x-portativ-oyun-konsolu-baresinde-yeni-teferruatlar-ortaya-cixib
    ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
    asus-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-ilk-noutbukunu-teqdim-qiymeti
    ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27aqdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti