
ASUS qatlana bilən monitorunu təqdim edib
Cihazlar+
11.01.2024
Emil
ASUS şirkətinin CES 2024 sərgisində təqdim etmiş olduğu daha bir yenilik ZenScreen Fold adlı portativ OLED monitor olub. Sözügedən monitor əsas fərqləndirici özəlliyi onun qatlana bilən olmasıdır. Yüngül və kompakt ölçülü olmasına baxmayaraq öz texniki imkanları baxımından o, flaqman monitorlardan heç də geridə qalmır. Beləliklə ZenScreen Fold 2560x1920 piksel keyfiyyətli 17.3 düym elastiki ekranla təchiz olunub. O, DCI-P3 rəng diapazonunun 100%-ni əhatə edir və DisplayHDR True Black 500 sertifikatına sahibdir. ASUS-un sözlərinə əsasən monitorun sahib olduğu damcı formalı şarnir konstruksiyası ekran üzərində qatlanma izlərini görünməz edir. Sözügedən monitor özündə bir neçə ədəd USB Type-C girişini və mini-HDMI girişini birləşdirir. ASUS ZenScreen Fold-un nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
