main-post-cover

    ASUS ROG Ally X portativ oyun konsolu barəsində yeni təfərrüatlar ortaya çıxıb

    Cihazlar+
    24.05.2024
    Emil Nəcəfov
         Artıq məlumdur ki, ASUS şirkəti 2 iyun tarixində keçən ilki ROG Ally adlı portativ oyun konsolunun yeni versiyası olacaq ROG Aly X-i təqdim edəcək. Təqdimata az müddət qalmış ROG Ally X-in texniki imkanları barəsində təfərrüatlar internetdə ortaya çıxıblar. Beləliklə ortaya çıxmış məlumatlara əsasən ROG Ally X-in keçən ilki ROG Ally modelindən əsas fərqi ondan ibarət olacaq ki, portativ oyun konsolunun yenilənmiş versiyası iki dəfə daha böyük həcmli batareyanı əldə edəcək. Söhbət, 80 vatt saat həcmli batareyadan gedir.
         Bununla yanaşı məlumatda qeyd edilib ki, ASUS şirkəti ROG Ally X-i iki versiyada təqdim edəcək. İkinci versiya LPDDR5X-7500 standartlı 24 GB RAM-ı və 1 TB-lıq SSD-ni əldə edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki ROG Ally modeli 16 GB RAM-a və 512 GB-lıq SSD-yə sahibdir. ROG Ally X-in digər texniki göstəricilərinə gəldikdə isə onlar ROG Ally-da olduğu kimi qalacaqlar. Yəni söhbət, 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ekrandan və AMD Ryzen Z1 Extreme prosessorundan gedir. Məlumata əsasən ROG Ally X keçən ilki ROG Ally-dan 100$ daha baha qiymətə satılacaq. Yəni 800$-a.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
    asus-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-ilk-noutbukunu-teqdim-qiymeti
    ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27aqdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ZenScreen OLED MQ16AHE adlı yeni portativ monitor təqdim edilib
    asus-zenscreen-oled-mq16ahe-adli-yeni-portativ-monitor-teqdim-edilib
    ASUS ROG Strix XG27ACG gaming monitoru təqdim olunub
    asus-rog-strix-xg27acg-gaming-monitoru-teqdim-olunub
    ASUS ROG Ally X portativ oyun konsolunun texniki imkanları və satış qiyməti açıqlanıb
    asus-rog-ally-x-portativ-oyun-konsolunun-texniki-imkanlari-ve-satis-qiymeti-aciqlanib