main-post-cover

    ASUS ROG Ally X portativ oyun konsolu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.06.2024
    Emil Nəcəfov
         ASUS şirkəti keçən ilki ROG Ally adlı portativ oyun konsolunun yeni versiyasını təqdim edib. Söhbət, ASUS ROG Ally X-dən gedir. ASUS ROG Ally X keçən ilki adi ROG Ally-dan sadəcə bəzi özəlliklərə görə fərqlənir. Ekran ölçüsü və prosessor kimi mövzularda portativ oyun konsolunun hər iki versiyası eynidir. Beləliklə ROG Ally X 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 7 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın parlaqlıq səviyyəsi 500 nit təşkil edir və o, sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Bununla yanaşı ekran Gorilla Glass Victus qoruyucu şüşəsi ilə əhatə olunub. ROG Ally X keçən ilki ROG Ally kimi 8 nüvəli AMD Ryzen Z1 Extreme prosessoru vasitəsilə çalışır.
         Keçən ilki versiya LPDDR5-6400 standartlı 16 GB RAM-a sahib olduğu halda ROG Ally X özündə LPDDR5X-7500 standartlı 24 GB RAM-ı birləşdirir. Portativ oyun konsolunun yaddaş həcmi də 512 GB-lıq SSD-dən 1 TB-lıq SSD-yə yüksəlib. ASUS bu yenilənmiş portativ oyun konsolunda idarəetmə elementlərini və soyutma sistemini təkmilləşdirib. Təkmilləşdirilmiş soyutma sistemi öz növbəsində yaddaş kartının qızması və konsolun sıradan çıxması hallarının qarşısını alır. Keçən ilki ROG Ally-da isə bu cür hallara rast gəlinirdi. ROG Ally X-i keçən ilki ROG Ally-dan fərqləndirən daha bir özəllik batareya həcmi ilə bağlıdır. Belə ki, keçən ilki ROG Ally 40 vatt saatlıq batareya həcminə sahib olduğu halda ROG Ally X 80 vatt saatlıq batareya həcmi ilə təchiz olunub. ROG Ally X artıq gələn ay 800$ qiymətində satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ASUS ROG Ally X portativ oyun konsolu barəsində yeni təfərrüatlar ortaya çıxıb
    asus-rog-ally-x-portativ-oyun-konsolu-baresinde-yeni-teferruatlar-ortaya-cixib
    ASUS Snapdragon X Elite prosessoru vasitəsilə çalışan ilk noutbukunu təqdim - QİYMƏTİ
    asus-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-ilk-noutbukunu-teqdim-qiymeti
    ASUS ROG Strix XG27AQDMG gaming monitoru təqdim edilib - QİYMƏTİ
    asus-rog-strix-xg27aqdmg-gaming-monitoru-teqdim-edilib-qiymeti
    ASUS ZenScreen OLED MQ16AHE adlı yeni portativ monitor təqdim edilib
    asus-zenscreen-oled-mq16ahe-adli-yeni-portativ-monitor-teqdim-edilib
    ASUS ROG Strix XG27ACG gaming monitoru təqdim olunub
    asus-rog-strix-xg27acg-gaming-monitoru-teqdim-olunub