Logo
    main-post-cover

    ASUS ROG Phone 7 AnTuTu bençmark testində yüksək nəticə sərgiləyib

    Cihazlar+
    29.03.2023
    Emil
        Məşhur AnTuTu bençmark saytının məlumatlar bazasında ASUS şirkətinin AI2205_D model nömrəsinə sahib smartfonu ortaya çıxıb. Güman olunur ki, bu, ASUS ROG Phone 7 gaming smartfonudur. Smartfon AnTuTu testləri çərçivəsində diqqət çəkən nəticələr sərgiləyib. Smartfon ümumilikdə AnTuTu-da 1 346 106 xal toplayıb. Bu isə adi və hətta gaming smartfonlar arasında diqqət çəkən bir göstəricidir. Bununla belə texniki göstəricilər baxımından o, digər smartfonlardan fərqlənmir. Məsələn AnTuTu testlərindən smartfonun 16 GB RAM-a və 512 GB daxili yaddaşa sahib versiyası keçib. Onu da qeyd etmək lazımdır ki, smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışır. Qeyd etmək lazımdır ki, ASUS ROG Phone 7 smartfon seriyası 13 aprel tarixində təqdim olunacaq.
    Paylaş
    Bənzər xəbərlər