Logo
    main-post-cover

    ASUS ROG Phone 8 flaqman smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    21.12.2023
         ASUS şirkəti ROG Phone 8 smartfon seriyasını 16 yanvar tarixində təqdim edəcək. Bu seriyaya daxil olacaq adi ROG Phone 8 modelinin Geekbench testlərindən keçdiyi məlum olub. Beləliklə Geekbench məlumatlarına əsasən sözügedən smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 16 GB RAM-ı əldə edəcək və qutudan Android 14 vasitəsilə çalışacaq.
         Beləliklə ASUS ROG Phone 8 smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 2210 xal, çox nüvəli testi çərçivəsində isə 6863 xal toplayıb. Son məlumat sızıntılarına əsasən ASUS ROG Phone 8 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.78 düym AMOLED ekran, 50 MP + 32 MP + 13 MP üçlü arxa kamera, 32 MP-lik ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...