
ASUS ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosu təqdim edilib
Cihazlar+
08.12.2023
Emil
ASUS şirkəti ROG Phone 8 gaming smartfonunun ilk tizer fotosunu təqdim edib. Təqdim edilmiş fotoda smartfonun dizaynını görmək olar. Fotodan da görmək olar ki, ROG Phone 8 smartfonu xarici görünüşcə hal hazırda aktual olan ROG Phone 7-dən tamamilə fərqlənəcək. Smartfonun təqdimatına gəldikdə isə o ya bu ay ya da gələn ay baş tutacaq. Son məlumat sızıntılarına əsasən ROG Phone 8 smartfonu 165 Hz-lik təsvir yenilənməsinə sahib OLED ekranı əldə edəcək və Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Bənzər xəbərlər

Cihazlar+
ASUS ROG Phone 8 Ultimate smartfonu Geekbench testlərindən keçib
ASUS şirkəti ROG Phone 8 smartfon seriyasının təqdimatına hazırlaşır.

Cihazlar+
ASUS ROG Phone 8 Ultimate gaming smartfonunun vacib özəlliklərindən biri məlum olub
ASUS şirkəti gələn il ROG Phone 8 smartfon seriyasını təqdim etməlidir.

Cihazlar+
ASUS ROG Phone 8 gaming smartfon seriyasının əldə edəcəyi prosessor rəsmi şəkildə təsdiqlənib
ASUS şirkəti hal hazırda aktiv şəkildə ROG Phone 8 gaming smartfon seriyası üzərində çalışır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
